"BizNewsAsia" jurnalı İlham Əliyevi “İlin Adamı” adlandırıb YENİLƏNİB
BizNewsAsiya (Şərqi Asiya Biznes) jurnalı Mərkəzi Asiyanın Qafqaz regionunda Azərbaycanın gənc lideri İlham Əliyevi "İlin Adamı" seçib. Azərbaycan yeni inkişaf etməkdə olan ölkələr üçün hərtərəfli inkişaf etmiş ölkə modelidir və 51 yaşlı Prezident İlham Əliyev XXI əsrin əvvəllərində öz xalqını müasirliyə aparan və dərin zəkası ilə seçilən dövlət başçılarından biridir.
Jurnalda qeyd olunur ki, Azərbaycan strateji cəhətdən əlverişli zonada yerləşməklə yanaşı, təbii resurslarla da zəngindir. Qafqaz ölkələri arasında ən böyük ölkə olan Azərbaycan Asiya ilə Avropanın kəsişməsində yerləşir. Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan və Gürcüstan) 80%-ni təşkil edir. Neft, qaz və dəmir filizi ilə zəngin olan Azərbaycan tolerant ölkədir. Ərazisinin 20%-i Ermənistan tərəfindən zəbt olunsa da, burada provoslav məzhəbli xristian erməni azlıqları (30000 nəfər) yaşayır. Azərbaycan Şərqi Müsəlman ölkələri arasında ilk demokratik ölkədir və ilk çoxpartiyalı parlament burada yaradılıb, qadınlar ilk dəfə olaraq səsvermə hüququ əldə ediblər. Azərbaycanın paytaxtı olan Bakı müsəlmanların çoxluq təşkil etdiyi və opera, balet və teatrlarının mövcud olduğu şəhərdir.
2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Müstəqil Azərbaycan Respublikasının 10 il prezidenti olan və 2003-cü ildə 80 yaşında vəfat edən Heydər Əliyev görkəmli şəxsiyyət olub. O, xarizmatik, siyasi bacarığı olan, yüksək zəkalı və polad iradəli siyasətçi olub.
Bakıda bir–birinin ardınca hakimiyyətə gələn Heydər Əliyev və İlham Əliyev yoxsulluğu aradan qaldırmaq üçün ölkənin neft və mineral resurslarından səmərəli istifadə etməklə Azərbaycanı firavan və müasir ölkəyə çeviriblər. Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan İlham Əliyevin idarəçiliyi altında Şərqi Asiya standartlarına əsasən mühüm nailiyyətlər əldə edib. Son onillikdə Azərbaycanın ÜDM 16 %-dən çox artıb. Azərbaycanda yoxsulluq 49%-dən (2001-ci ildə) 6%-ə (2012–ci ildə) düşüb.
1994–cü ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi ilə bağlı atəşkəs bağlansa da, hər iki tərəf bu problemi həll etməyib.
1993-cü ildə Filippinin Nümayəndələr Palatasının spikeri Xose de Venesiya, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) sədri və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratların (CAPDİ) prezidenti Paris və Moskvada Rabitah (əsası Səudiyyə Ərəbistanında qoyulan Müsəlman Dünya Liqas) və CDİ (Avropa Parlamentində çoxluq təşkil edən və əsası Brüsseldə qoyulan Beynəlxalq Xristian Demokratları) arasında Filippin təcrübəsini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiq olunmasını tədqiq etmək üçün keçirilən dialoqlarda iştirak etmək üçün dəvət olunmuşdular.
"İnternational Herald Tribune" qəzetinin 22-23 iyun 2013-cü il buraxılışında CAPDİ–nin bir səhifəlik hesabatı dərc olunmuşdur. Məqalədə CAPDİ-nin İndoneziyada keçirilən 4-cü Ümumi Assambleyasında Asiya siyasi partiyalarının xüsusi toplantısı və toplanmış vətəndaş cəmiyyəti təşkilatlarının ATƏT-in Minsk Qrupundan Ermənistanla sülh prosesini inkişaf etdirmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini tətbiq etməyi tələb etməsi və Azərbaycanda yoxsulluğu 49%-dən 6%-dək aşağı salan Prezident İlham Əliyevin iqtisadi fəaliyyətindən sitat gətirilmişdir.
Biz, İCAPP və CAPDİ, Bakıda İCAPP-ın Asiya Gənclər Qolunun və Bakı və Seulda İCAPP-ın Asiya Qadınlar Qolunun açılmasında bizimlə əməkdaşlıq etdikləri üçün Yeni Azərbaycan Partiyasına və digər Azərbaycan partiyalarına təşəkkür edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB