Hüquqi demokratik dövlət quruculuğuna sadiq olan Azərbaycanda 1993-cü ildən bu günə qədər keçirilən bələdiyyə, parlament, prezident seçkiləri azad və ədalətli şəkildə baş tutub. Bunu seçkiləri yaxından müşahidə etmiş yerli və xarici müşahidəçilərin də yaydıqları hesabatlarında görmək mümkündür.
Bu gün "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masada da seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Dəyirmi masada BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu, DADP-nin sabiq sədri Məmməd Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Yurddaş Pariyasının sədri Mais Səfərli, Siyasi elmlər doktoru Cümşüd Nuriyev, AMİP Mərkəzi Şura üzvü Əli Orucov iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdüri İ.Əliyev seçkilərin insanların həyatında oynadığı, partiyaların gücünün hansı səviyyədə olması baxımından oynadığı roldan danışıb. Bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni və digər sahələrdə artan nüfuzu fonunda azad və şəffaf seçki keçirtmək iradəsinə sahib olması mövcuddur: "Əminliklə demək olar ki, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri xalqın iradəsi əsasında azad və şəffaf şəraitdə keçiriləcək. Xalqın seçiminin isə dəyişməyəcəyi şübhəsizdir. Xalq bu dəfə də tərəqqiyə, inkişafa səs verəcək". İ.Əliyev mövzunun aktuallığını nəzərə alaraq partiya təmsilçilərinə diskusiya formasında müzükirələr aparmağı, veriləcək sualların geniş və əhatəli şəkildə cavablanbdırmağı qeyd edib.
Mais Səfərli Yurtdaş Partiyasının sədri:
- Hər kəsə məlumdur ki, Azərbaycan prezident idarə üsullu respublikadır. Dövlətin inkişafı birbaşa dövlət başçısının qərarlarından asılıdır. Bu baxımdan prezident seçkilərinə cəmiyyətin diqqəti hər zaman yüksək və həssas olub. Prezident seçkilərinə az zaman qaldığından cəmiyyətdə fəallıq daha çox hiss olunmaqdadır. Kimin prezident olması ölkə vətəndaşlarının hər biri üçün vacib əhəmiyyət kəsb edən məsələlərdəndir. Vətəndaşlarla yanaşı əsas misiyası seçkilərdə iştirak etmək, demokratik seçki yolu ilə hakimiyyətə gəlmək olan partiyalarda da canlanma müşahidə olunmaqdadır. Sədri olduğum Yurddaş Partiyası bu ilin iyul ayının 28-də prezident seçkiləri ilə bağlı 5-ci qurultayını keçirtdi və qurultayda yedkilliklə Cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək qərar qəbul edildi. Hesab edirəm ki, bu qərar düşünülmüş və doğru qərardır. Çünki Cənab İlham Əliyev on il ərzində özünün fəaliyəti ilə nəinki Azərbaycanda hətta dünya miqyasında güclü siyasətçi olduğunu sübut etdi. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan bu ilki seçkilərə demokratik, stabil şəkildə hazırlaşır. Bunun təməlində isə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin qoruyub saxladığı stabillik dayanır. Baxmayaraq ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanı istəməyən qüvvələr hər zaman olub və bu gün də var. Ölkəmizin qüdrətindən vahimələnən, onun gücündən narahatçılıq keçirdən qüvvələr hər zaman çalışıblar ki, ölkədə stabillik pozulsun, qarşıdurmalar yaransın. Hətta deyərdim ki, erməni lobbisi tərəfindən maliyələşən bir sıra beynəlxalq təşkilatlar da ölkəmizdə qarşıdurmalar yaratmağa cəhd göstərirlər. Amma ölkə başçısının həyata keçirtdiyi siyasət, güclü hakimiyyətin mövcudluğu nəticəsində bütün bu cür cəhdlərin qarşısı alınır. Çox sevindirici haldır ki, cəmiyyət bu il keçiriləcək prezident seçkilərinə stabil şəkildə hazırlaşır.
"Səs" qəzetinin əməkdaşı:
- Teyyub bəy bəzi müxalifət partiyaları seçki məcəlləsinə, qanunlara zidd fəaliyyətlə məşğul olurlar. Nə üçün bu partiyalar bu cür zidd addımlar atmağa daha çox üstünlük verirlər? Bu nədən qaynaqlanır?
BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu:
- Siyasi partiyaların başlıca məqsədlərindən biri hakimiyyətə gəlməkdir. Amma bəzi siyasi partiyalar hakimiyyətə xalqın rifah halını yaxşılaşdırmaq üçün deyil, şəxsi məqsəd və mənfəətləri üçün gəlməyi düşünürlər. Əgər bir siyasi partiya hakimiyyətə vasitə kimi baxırsa o partiya partiya deyil. Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin mənbəyi xalqdır. Uzaqgörən xalqımız isə heç zaman ixtişaşlara getməz əvəzində hakimiyyəti seçki üsulu ilə seçər. Bir siyasi partiya xalqdan ümüdünü üzübsə, xalqdan heç bir dəstək almırsa amma buna baxmayaraq hakimiyyətə gəlməyə can atırsa onların sonu yoxdur. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq Azərbaycanda hakimiyyətə gəlişi yalnız seçki yolu gəlməyi məqbul sayırıq. Biz yalnız öz platformamızı xalqa çatdırmaqla hakimiyyətə gəlmək istəyini hədəf almışıq. Əgər xalq bizim platformamızı qəbul edəcəksə biz də öz növbəmizdə onların etimadını doğrultmaq istiqamətində işlər aparmalıyıq. 11 avqust 2013-cü ildə BAXCP Ali Məclisinin Sesiyasında Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdük və MSK-da bunu təsdiq etdi. Düşünürəm ki, Azərbaycanda seçkilər azad, ədalətli, şəffaf keçiriləcək. Bir partiya olaraq seçki ərəfəsində gedən bütün prosesləri izliyirik, eyni zamanda fikirlərimizi cəmiyyətə çatdırırıq. Yeganə məqsədimiz sakit şəkildə heç bir xarici müdaxilə olmadan prezident seçkilərinə qatılmaq və xalqın səsini qazanmaqdır.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev:
-Dünya siyasətçiləri liderləri üç tipə bölür: məişət, sosial, siyasi. Çox təəssüf hissi ilə qeyd edərdim ki, Azərbaycanda liderlər məişət, sosial tipli liderlərdir. Bunlar siyasi lider səviyyəsinə ucala bilmirlər. Siyasi partiyaların rolu vətəndaş cəmiyyətinin formlaşmasında çox mühüm hesab edilir. Partiya lideri elə bir şəxs olmalıdır ki, özünü qəbul etdirmək əvəzinə, onu yanındakılar qəbul etsin. Ölkəmizdə bəzi partiya liderləri mövcuddur ki, onlar özlərinin mətbu orqanları vasitəsilə özlərini cəmiyyətə sırıyırlar. "Milli Şura"-nın namizədləri, AXCP-nin sədri Əli Kərimli, Müsavatın sədri İsa Qəmbər belə liderlər sırasındadır. Son on ildə Azərbaycanda siyasi sabitlik bərqarar olunmuş siyasi sabitlik statusundadır. Bu liderlər isə ölkədə siyasi sabitliyi qoruyub saxlamaq əvəzinə bir çox ixtişaşların törətməklə məşğuldurlar, siyasətlə deyil. Bizdə müxalifət partiyalarının əksəriyyətinin siyasi savadı və siyasi təcrübəsi olmadığına görə onlar öz ideyalarını cəmiyyətə sırımaqdan başqa bir işə yaramırlar. Beynəlxalq politologiyada bu tip liderlərə ziyankar liderlər deyirlər. Bu insanların şəxsi müstəvidə düşüncələri onların öz arzularının həyata keçirilməsinə yarıyır. Mən deyərdim ki, Azərbaycanda qeydiyatdan keçmiş 54 siyasi partiyadan ancaq 10-nun lideri həqiqətən öz şəxsiyyətinə hörmət edir. "Milli Şura" deyilən şurada daha çox avantüra mövcuddur. Avantürada insanları nəyəsə daha çox inandırmaq lazımdır. Burada ideologiya yoxdur, ancaq maddi maraqlar var. Bu şuranın Rusiyanın bəzi dairələrinin layihəsi olduğu danılmaz faktdır. Rüstəm İbrahimbəyovun fikri ilə Rusiyanı və ABŞ-ı aldatmış oldu amma özü onların toruna düşdü. İndi də Cəmil Həsənlinin namizədliyini irəli sürməklə Rusiyanın layihəsi olduğunu dandıqlarını düşünürlər. Bütün hallarda bu qurum ölkədə sabitliyi pozmağa xidmət edəcək bir qurumdur. Bunun bariz nümunəsi isə "Azadlıq" qəzetində dərc edilmiş Türkiyə səfirliyində işləmiş Turqut Ərin müsahibəsi oldu. Müsahibədə bu insanın erməni lobbisinə xidmət etdiyi açıq şəkildə görünür. Buna biz susmamalıyıq. Bu gün biz vətəndaşlar Cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik
İntizarə Məmmədova
Sadiq Qaçayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB