Guya müxalifətin qondarma Milli Şurası ən son qərarını verdi və Cəmil Həsənlini namizəd göstərməklə işini bitmiş hesab etdi. Əslində belə bir qurumun varlığı ilə yoxluğu elə müxalifətçilərin üslübunda, leksikonunda idi. Sonradan da məlum oldu ki, bu təşkilatı iki müxalifət qurumu öz maraqları üçün saxlayır. Hətta AXCP və Müsavat funksionerləri Milli Şura bu iki partiyanın çiyinləri üstündədir deməklə nəyə işarə etdiklərini də bilirdilər. Bu sözləri açiqlamasinda YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
O qeyd edib ki, C.Həsənlinin namizədliyini elan edənə qədər bu oyuncaq şura müxalifətin məhz bu iki təşkilatının hədəfində idi. "Hətta açıq şəkildə bildirirdilər ki, Milli Şura ehtiyyat vahid namizədlə bağlı son qərarını verə bilməsə, AXCP və Müsavat özləri üçün namizəd müəyyənləşdirəcək. Bu isə birmənalı şəkildə müxalifətin ümumi birliyi və düşərgədəki əksər mövqelərə olan saymazyana münasibətin nümunəsi idi", deyən A.Hüseynov ehtiyyat vahid namizəd elan edildikdən sonra artıq Milli Şura deyilən bir anlayışa ehtiyac qalmadığını, bunu lazımsız bir təşkilata çevrildiyini vurğulayıb.
Təşkilat sədri həmçinin ehtiyat vahid namizəd kimi müxalifət tərəfindən irəli sürülən şəxsin seçkidə uğur qazanmaq kimi real bir auraya belə sahib olmadığını da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB