"Suriya prezidenti Bəşər Əsəd vəziyyəti daha da gərginləşdirsə və bu ölkəyə xarici müdaxilə baş verərsə, onu da Səddam Hüseynin aqibəti gözləyir". Bu fikirləri politoloq Rasim Musabəyov Suriyada baş verən hadisələri şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Suriyanı İrandan başqa dəstəkləyən heç bir müsəlman ölkəsi yoxdur: "Suriyada vəziyyət həddən artıq qarışıqdır. Belə ki, Suriyada hökumət qüvvələri ilə yanaşı, Əl-Qaidənin döyüşçüləri də döyüşür. Ancaq öz əhalisinə qarşı kimyəvi silahdan istifadə edən rejimin aqibəti yaxşı olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB