Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldovanın dövlət başçısı Nikolaye Timoftini Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:"Sizi və dost Moldova xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaqdır".

Sonda dövlət başçısı moldovalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzuladığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə