Tahir Kərimli: “Prezident seçkilərində 5 faiz miqdarında səs toplayacaq namizəd görmürəm” AÇIQLAMA

Tahir Kərimli: “Prezident seçkilərində 5 faiz miqdarında səs toplayacaq namizəd görmürəm” AÇIQLAMA

"Əflan İbrahimov çox məlumatlı bir insandır. Çünki, həmin insan "El" hərəkatının, rayon təşkilatlarının yaradılmasında, şəbəkələnməsində bilavasitə iştirak edib. Sonradan isə Əflan İbrahimovla Eldar Namazov arasında fikir ayrılığı yaranıb". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli "El" hərəkatı Ali Məclisinin sədrinin keçmiş müavini Əflan İbrahimovun "Milli Şura"nın seçkilər öncəsi həm paytaxtda həm də regionlarda törədəcəyi iğtişaşlarla bağlı mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu insan artıq başa düşüb ki, "El" hərəkatı nə respublika təşkilatına çevrilə bilər nə də ki,qarşıya qoyduğu vəzifələri yerinə yetirə bilməz. Məhz buna görə həmin insan bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağırılıb: "Bu insan faktlarla sübut etmək istəyir ki, həqiqətən də belə hallar mövcuddur. Hazırda baş Prokurorluqda bu məsələ araşdırılır. Hesab edirəm ki, El" hərəkatı artıq siyasi yolla qalib gəlməyin mümkün olmadığını başa düşür. Əflan İbrahimov kənar adam deyil əksinə daxildə olan insandır. Bu mənada hesab edirəm ki, həmin məlumatlar ciddi araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ dövlətimiz üçün də səmərəli ola bilər".

Radikal düşərgənin üzvlərinin oktyabrda keçiriləcək prezident seçkilərində alternativ namizəd kimi Cəmil Həsənlidən yararlanmasına da münasibət bildirən Tahir Kərimli deyib ki, müxalifət buna nail ola bilməyəcək: "Çünki, bütün dünya və Azərbaycan ictimaiyyəti də bilir ki, ölkədə Cənab Prezident İlham Əliyevə alternativ ikinci şəxs yoxdur. Mən oktyabrda keçiriləcək prezident seçkilərində 5 faiz miqdarında səs toplayacaq namizəd görmürəm. Müxalifət məhz buna görə Cəmil Həsənlini önə atır ki, öz məğlubiyyətlərini ört-basdır etsin. Bu insanlar hələ də başa düşmürlər ki, seçkidəki məğlubiyyət onların sonu deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə