“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi olub FOTOLAR

“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi olub FOTOLAR

Bu gün "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında ictimaiyyət nümayəndələri, 200 nəfər gənc və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov bildirib ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaqdır.

O qeyd edib ki, Təşəbbüs Qrupu açıq fəaliyyət göstərir və arzu edən hər bir gənc, təşkilat "Mənim Prezidentim" kampaniyasına qoşula bilər.

Daha sonra çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətdən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə