Müsahiblərimiz "bəzi gənclər var ki, anlaqsız şəkildə dağıdıcı müxalifət "lider"lərinin təsiri altına düşür və sosial şəbəkələrdə dövlət və hökumət əleyhinə şüarlar səsləndirirlər. Belə gənclərin maarifləndirilməsinə ehtiyac olduğunu söyləmək olarmı?" sualını cavablandırdılar.
Elmar Məmmədov,
YAP Sumqayıt şəhəri Gənclər Birliyinin sədri:
- Bu gün müxtəlif üsullarla dövlətçiliyə qarşı çıxan, Azərbaycanın uğurlarına kölgə salmaq istəyən və bu yolla öz şəxsi maraqlarını güdən təxribatçı qüvvələr sosial şəbəkələrdə də başıpozuq gənclərdən alət kimi istifadə edirlər. Mən çox təəssüf edirəm ki, bəzi hallarda təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Özünü Azərbaycan vətəndaşı hesab edən gənc heç zaman dövlət əleyhinə radikal çıxışlar etməməlidir. Mən bu cür dövlət və hökumət əleyhinə səsləndirilən şüarlarları qəti şəkildə pisləyirəm. Həmin gənclərdən də istəyim odur ki, radikal müxalifətin çirkin oyunlarının təsiri altına düşməsinlər. Həmin gənclər nə qədər ki, gec deyil, ayılsınlar və bu cür çirkin oyunlardan kənara çəkilsinlər. Çünki onlar bu müxalifətinin oyununun qurbanlarıdırlar. Mən belə düşünürəm ki, həmin gənclər Azərbaycan gəncliyinin mövqeyini əks etdirmir. Ölkədə aparılan islahatları, gedən inkişafı görmək belə istəmirlər. Azərbaycanda bu gün əhalinin əksər hissəsini gənclər təşkil edir. Ona görə əksər gəncin mövqeyini 200-300 gənc əks etdirə bilməz. Azərbaycan gəncinin mövqeyi vətənini sevən, ölkəsinə sədaqətlə qulluq edən, dövlətin yürütdüyü siyasətə dəstək olan gənclik təşkil edir. Təmsil olunduğumuz YAP-ın 600 mindən çox üzvü vardır ki, onun da 200 mindən çoxunu gənclər təşkil edir. YAP Gənclərinin böyük gənclər ordusu var. Biz YAP Gəncləri olaraq daima dağıdıcı müxalifət "liderlərinin" təsiri altına düşən və sosial şəbəkələrdə dövlət və hökumət əleyhinə şüarlar səsləndirən gənclərlə sosial şəbəkələrdə hər gün fikir mübadiləsi aparırıq. Həmin gənclər sadəcə olaraq bir qrup çürük beyin məhsullu gənclərin təsiri altına düşüblər, biz hətta oları YAP GB ofisinə seminarlara, keçirdiyimiz müxtəlif layihələrdə də iştirak etmək üçün dəvət edirik, yetər ki, bu gənclər düz yola gəlsinlər, sağlam düşüncəli gənclərlə ünsiyyətdə olsunlar, belə olan təqdirdə biz onları sabaha inamlı olmağı öyrətmiş oluruq. YAP Gənclər ailəsində olandan sonra özləri dərk edir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq necə şərəfdir.
Vüqar İskəndərov,
YAP Şəki rayon təşkilatı sədrinin müavini:
- Əlbəttə, hər bir gəncin hər zaman mariflənməyə böyük ehtiyacı var. Həyat sadədən mürəkkəbə dogru bir yoldur. Gənclər cəmiyyətdə həmişə həssas qrup olaraq qalır. Hər bir demokratik ölkədə müxalifət institutlarının olması təbiidir və olmalıdır. Lakin müxalifət də sağlam və praqmatik olmalıdır. Təəsüf ki, Azərbaycanda radikal və hər şeyə qara deyən müxalifətdə mövcuddur. Sosial bazalarının olmaması səbəbindən onlar zəif iradəli və tam yetişməmiş gənclikdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu qəbildən olan gənclərin maariflənməsinə çox böyük ehtiyac var, hər bir Azərbaycan vətəndaşının hüquqları konstitutsiya ilə qorunur. Hazırda dövlət gənclər siyasəti haqqında qanun maddə maddə icra olunur və uğurla da icra olunur. Bütün gənclərimizi yaxşı təhsil almağa, öz üzərində işləməyə, özünü təsdiq və realizə etmək yolunda maariflənməyə dəvət edirəm, buna hər birimizin böyük ehtiyacımız var.
Anar Şahmuradov,
YAP Ağdaş şəhəri Gənclər Birliyinin sədri:
- Hesab edirəm ki, müasir dövdə bəzi gəclər etdikləri seçimləri kor-koranə edirlər. Ümumiyyətlə hər bir şəxs tutduğu yolun haradan gəlib, hara gedəcəyinə diqqət etməlidir. Çox təəssüf edirəm ki, bəzi səriştəsiz radikal müxalifət "lider"ləri gənclərin çılğınlığından istifadə edərək onları yanlış yola çəkirlər. Gənclərin isə belə çirkin oyunların qurbanı olmaması üçün onların maarifləndirilməsi mütləqdir. Maarifləndirmə işlərini isə ailədən, orta məktəbin son siniflərindən başlamaq lazımdır. Bu iş ali təhsil müəssisələrində isə daha ciddi və sistemli şəkildə həyata keçirilməlidir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB