Milli Şura təşəbbüs qurupu tərəfindən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlik sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun sənədləri yoxlanıldıqdan sonra komissiyanın iclasına çıxarılacaq.
Məzahir Pənahov bildirib ki, bununla da prezidentliyə namizədliyini təsdiq etdirmək üçün Mərkəzi Seçki Komissiyasına sənəd verən insanların sayı 18-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB