"Bu qurum yarandığı gündən qarşıya qoyduğu ən yaxın taktiki hədəflərinin heç birinə nail ola bilməyib". Bunu SİA-ya "Milli Şura" daxilində baş verən siyasi böhrana münasibət bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, bütün seçki blokları kimi, "Milli Şura"nın da yaxın və uzaq hədəfləri olub: "Onun uzaq hədəfi seçki yolu ilə hakimiyyətə gəlmək, yaxın hədəfləri isə müəyyən taktiki məqsədlər idi. Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması, onun seçki üçün lazım olan sənədlərinin qaydaya salınmaması, Rusiyada ikili vətəndaşlıq probleminin həll olunmaması, onun Rusiyanın qarşısında hər hansı bir öhdəliyinin olmaması barədə tutarlı sənədlərin ortaya çıxarılması, seçki qərargahının yaradılmaması və s. onu deməyə əsas verir ki, "Milli Şura" hələ də bunların heç birinə nail olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB