Mais Səfərli: “Sosial bazası olmayan partiyalardan nə isə gözləmək olmaz”

Mais Səfərli: “Sosial bazası olmayan partiyalardan nə isə gözləmək olmaz”

" "Milli Şura" yaradılarkən qeyd edilmişdi ki, müxtəlif bucaqlardan, qütblərdən idarə olunan, fərqli idealogiyalara malik qüvvələrin bir araya gəlməsi mümkünsüzdür. Onlar vahid bir platforma, vahid namizəd ətrafında birləşə bilməyəcəklər. Guya Rüstəm İbrahimbəyovu vahid namizəd kimi müəyyənləşdiriblər, ancaq İsa Qəmbərin də namizədliyi ortadadır. Bütün bunlar ondan xəbər verir ki, bu ziddiyyətlər aradan qalxmamış vahid bir platformada çıxış edə bilməyəcəklər". Bu fikirləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli "Milli Şura" adlı qurumun iflasından danışarkən deyib.

Mais Səfərli vurğulayıb ki, "Milli Şura" mənasız qurumdur: "Mənasız olduğu üçün heç bir mənalı iş görə bilmədi. Seçkilər ərəfəsində fiaskoya uğrayıblar və seçkilərə gedə bilmirlər. Sadəcə cəmiyyətdə görüntü yaratmaq üçün bəlağətli ifadələrdən istifadə edərək fikir formalaşdırmağa çalışırlar. Amma reallıqlar fərqlidir. Çünki heç bir sosial bazası olmayan partiyalardan nə isə gözləmək olmaz. İddiaları da çəkilərindən qat-qat böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə