Baş nazir Yaxın Şərq və Afrikaya səfərə hazırlaşır

Baş nazir Yaxın Şərq və Afrikaya səfərə hazırlaşır

Avqustun 24-dən başlayaraq Yaponiyanın Baş naziri Şinzo Abe Yaxın Şərqə və Afrikaya səfərə hazırlaşır. SİA-nın məlumatına görə, Şinzo Abe region ölkələrinin liderləri ilə enerji mənbələri ilə sabit təminat və təhlükəsizlik sahələrində əməkdaşlığı fəallaşdırmaq niyyətindədir. Altı günlük səfər çərçivəsində Ş.Abe Bəhreyn, Küveyt, Qətər və Cibutini ziyarət edəcək.

Qeyd edək ki, bu, Ş.Abenin ötən ilin dekabrında Baş nazir seçilməsindən sonra Yaxın Şərqə ikinci səfəridir.

Xatırladaq ki, Yaponiya xam neftin 80 fazini məhz Yaxın Şərq ölkələrindən alır.

Bütün xəbərlər Facebook səhifəmizdə