YAP imza vərəqələrini MSK-ya təqdim edib

YAP imza vərəqələrini MSK-ya təqdim edib

Bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçki sənədləri, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, bu gün Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. SİA-nın məlumatına görə, seçki sənədlərinə namizədin müdafiəsi üçün toplanmış 45 min seçici imzasından ibarət imza vərəqələri və qanunvericiliklə nəzərdə tutulan digər sənədlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə