"İbrahimbəyovun ətrafında şam yandırsalar da, bu heç bir nəticə verməyəcək" Münasibət

"İbrahimbəyovun ətrafında şam yandırsalar da, bu heç bir nəticə verməyəcək" Münasibət

"Aksiya keçirilməmişdən qabaq bir sıra yerli mətbuata açıqlama vermişdim ki, "Milli Şura"nın avqustun 18-nə təyin etdiyi aksiya fiaskoya uğrayacaq. Çünki onun əsas nüvəsi və mitinqlərə daha çox meylli olan Müsavat və AXCP bundan əvvəlki aksiyaları hər zaman uğursuzluqla nəticələnirdi. Bu dəfə də keçirilən aksiyaya az sayda insanların gəlməsindən belə nəticə çıxarmaq olar ki, müxalifətin sosial bazası artıq sıfıra yaxınlaşıb". Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı müxalifətin dünən keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

""Milli Şura"nın əsas nüvəsi olanların sosial bazası bundan ibarətdirsə, o zaman aksiyalarda iştirak edən digər partiyaların sosial vəziyyəti yox dərəcəsindədir. Dünən keçirilən aksiya ilə bağlı məlumatları mətbuatdan izləmişəm. Şahidi oldum ki, aksiyada 1000-ə yaxın iştirakçı var idi. Bu danılmaz faktdır ki, Rüstəm İbrahimbəyov Bakıya gəlmir. Çünki o bilir ki, vahid namizəd kimi seçkilərə qatılsa məğlubiyyət və biabırçılıqla üzləşəcək. Bu gün onlar vahid namizəd müəyyən etsələr də, hamı bir nəfərin ətrafında cəmləşsələr də, İbrahimbəyovun ətrafında şam yandırsalar da, bu heç bir nəticə verməyəcək. Seçkilərdə müxalifətin acı məğlubiyyətə uğrayacağı qaçılmazdır",- deyə partiya sədri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə