"Dil, ruh birliyi və gücləndirilmiş inteqrasiya türkdilli ölkələri daha da birləşdirir"
"Türkmənistan dünya sivilizasiyasının mədəni irsinə misilsiz töhfə verən türk dünyasının ayrılmaz hissəsidir. Bizim hamımızı ümumi miras birləşdirir. Onun sayəsində ölkələrimiz arasında həm regionda, həm də dünyada sülhün və sabitliyin təmin olunması işində çoxtərəfli əməkdaşlığın dərinləşməsi mümkündür". SİA-nın məlumatına görə, bunu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı deyib.
Sədr müavinin sözlərinə görə, dil, ruh birliyi və gücləndirilmiş inteqrasiya türkdilli ölkələri daha çox birləşdirir və qarşılıqlı anlaşmanın genişlənməsinə imkan yaradır: "Bizim mədəniyyətin inkişafı və mədəni irsimizin nəsillərdən- nəsillərə ötürülməsi bizim sivilizasiyamızın özünü yeniləməsidir. Türk xalqlarının birləşməsinin simvolu kimi əhəmiyyəti daha da artan "Böyük İpək yolu"dur".
Toyliev onu da qeyd edib ki, müasir Türkmənistan dinamik inkişaf edən ölkədir: "Türkmənistan Prezidentinin kursu sənayenin innovativ inkişafına istiqamətlənib. Türkmənistan texnologiyaları cəlb etmək, innovasiyaları öyrənərək, onları praktikada tətbiq etməklə aktiv şəkildə dünya təcrübəsini öyrənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB