"Milli Şura" seçkiyə qatıla bilməyəcək və proses müxalifətin pərakəndəliyi ilə müşahidə olunacaq

"Milli Şura" seçkiyə qatıla bilməyəcək və proses müxalifətin pərakəndəliyi ilə müşahidə olunacaq

Artıq seçki abı-havası yaxınlaşdıqca müxalifət düşərgəsində yaranan təlaş da açıq aşkar görünür. Eyni zamanda dünənə qədər düşərgədə müttəfiq görüntüsü yaradanlar bu gün müstəqil formada seçkiyə qatılmaq qərarı veriblər. Bu isə müxalifətin ümumi mənzərəsindən sezilən pərakəndəlik və təlatümlərin çoxalması ilə müşahidə olunur. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. O bildirib ki, seçki ili başlanar-başlanmaz müxalifət düşərgəsində bir neçə qondarma birlik formatı ortaya atıldı və hər biri də lazımsızlığı, ictimai əhəmiyyət kəsb etmədiyi üçün də arxivə köçdü. "Sonradan isə müxalifətin kənara dikilən ümidlərində bir közərti yarandı. Onlar Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovun timsalında imdad istədikləri ünvandan yeni təlimatlar alası oldular. Tez-tələsik ümumi müxalifətin qondarma Milli Şurası adlı bir təşkilat yaratdılar. Siyasətlə ömründə ilk dəfə məşğul olmaq həvəsinə düşən R.İbrahimbəyovu isə bu oyuncaq təşkilata rəhbər qoydular. Bunun ardınca isə bildirdilər ki, seçkidə müxalifəti R. İbrahimbəyov təmsil edəcək. Bəzilər bilərəkdən, bəziləri isə bilməyərəkdən müxalifət adından seçkiyə getməli olan şəxsin problemlərindən, ən azından onun ikili vətəndaşlığından xəbərləri ola-ola susmalı oldular. Çünki müxalifətə ayrılan divident qarşılığında "susun" əmri də verilmişdi" deyən A.Hüseynov nəhayət seçkiyə az qalmış bir məqamda müxalifət öz köhnə simasını ortaya qoyaraq, R.İbrahimbəyova "sən get problemini həll et, sonra gələrsən" mesajını verdiyini də vurğuladı. Təşkilat sədri onu da əlavə etdi ki, qondarma Milli Şura yarananda da və ondan sonra R.İbrahimbəyovun namizədlik məsələsi ortaya atılanda da müxalifət yetgililəri prosesi məhz bi məcraya yönəltmək haqqında konkret plana malik idilər. A.Hüseynov müxalifət düşərgəsində 20 ildi öz maraqlarını heç nəyə güzəştə getməyən şəxslərin dünənki siyasi həvəskara meydan verməsini düşünməyin belə sadəlövlük olduğunu diqqətə çatdırdı. O vurğuladı ki, hazırki məqamda R.İbrahimbəyov çaş-baş bir vəziyyətdədir. Sadəcə olaraq siyasi məhsuliyyətin nə dərəcədə ciddi bir iş olduğunu R.İbrahimbəyov vaxtında dərk etsəydi, müxalifətin və ona "bu işə get" deyənlərin diqtəsi ucbatından indi onun-bunun qapısı ağzında qalmazdı deyən A.Hüseynov onun seçkiyə qatılmasına müxalifət düşərgəsinin özünün belə maneçilik yaradacağının əvvəlcədən məlum olduğunu açıqladı. Bildirdi ki, R.İbrahimbəyovun ikili vətəndaşlığın bu gün onun sədrlik etdiyi qondarma Milli Şuradan təmsil olunanların əksəri bilirdi. "Onlar sadəcə müəyyən müddət vaxt qazanmaq ictimai diqqəti özlərindən kənar saxlamaq, bunu qarşlığında isə müəyyən dividentlər əldə etmək üçün belə bir oyuna əl atmışdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə