Fərəc Quliyev və Zahid Oruc prezidentliyə namizədlik üçün MSK-ya müraciət edib

Fərəc Quliyev və Zahid Oruc prezidentliyə namizədlik üçün MSK-ya müraciət edib

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc prezidentliyə namizədlik üçün MSK-ya sənədlərini təqdim ediblər. SİA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahovun bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, onların müraciətlərinə yaxın vaxtlarda baxılacaq.

Bundan başqa iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İclasda cari məsələlər də müzakirə edilib.

Xatırladaq ki, bu günə qədər prezidentliyə 11 nəfər namizədliyini irəli sürüb. Onlardan 4 namizədin müraciətinə baxılıb və qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə