Hansı KİV-lərdə prezidentliyə namizədlər ödənişsiz efirə çıxa biləcəklər?
Cari ilin oktyabrın 9-da keçiriləcək Prezident seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alınan namizədlərə KİV-lərdə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ödənişsiz vaxt İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetlərində olacaq.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Seçkiqabağı təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB