Millət vəkili: "Yeni həmsədr sülhün əldə edilməsi istiqamətində yeni imkanlar aça bilər”
"ABŞ-ın ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməsini müsbət bir hal kimi qəbul edirəm". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Ceyms Uorlik çox təcrübəli diplomatdır və onun ABŞ tərəfindən ATƏT-in Minsk qrupuna həmsədr təyin edilməsi ilk növbədə Azərbaycana bu prosesin canlanmağını vəd edir: "Ermənistan bir neçə ildir ki, danışıqlar prosesini heçə endirib. Ancaq Azərbaycana sülh lazımdır. ABŞ-ın bu prosesdə bilavasitə iştirakı sülhün əldə edilməsi istiqamətində yeni addımlara gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB