Mübariz Qurbanlı: Partiyamızın rayon və şəhər təşkilatları seçkiyə tam hazırdır
"Azərbaycanda seçki ərəfəsində bütövlükdə durum normaldır. Demokratik seçki keçirilməsi üçün hər bir şərait yaradılıb. Bütün siyasi partiyalar və siyasi təşkilatlar seçki kampaniyasına qatılmaq imkanına malikdir. Yeni Azərbaycan Partiyası da seçkiyə hazırlıqla bağlı geniş proqram həyata keçirir. Seçkiyə hazırlığımız həmişə olduğu kimi bu il də müəyyən olunmuş qrafik üzrə həyata keçirilir. Bu qrafikə uyğun tədbirlərimiz də planlaşdırılıb, bunlar reallaşdırılmaqdadır". Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, partiyanın rayon və şəhər təşkilatlarında seçki ilə bağlı tədbirlər keçirilib: "Bu tədbirlər davam etməkdədir. Qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələr verilir. Yeni Azərbaycan Partiyasının əksər rayon təşkilatlarında partiya fəalları ilə görüşlər təşkil edilir. Yaxın günlərdə bu görüşlər tam yekunlaşdırılacaq. Bundan başqa partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçə müşavirəsi olub. Burada da seçkiyə hazırlıq məsələləri müzakirə olunub. O cümlədən Bakı şəhərinin və ətraf rayonların seçki qərargahı sədrlərinin toplantısı keçirilib. Seçki ilə bağlı hazırlıq işləri, tapşırıq və tövsiyələr verilib. Yeni Azərbaycan Partiyası ölkənin ən güclü siyasi partiyasıdır, 600 mindən artıq üzvü var. Bütün rayon və şəhərlərdə təşkilatları, onların fəalları var. Bu fəallarımız da seçki qanunvericiliyinə uyğun olaraq qarşıda duran vəzifələri həyata keçirir".
Mübariz Qurbanlı deyib ki, seçki bir neçə mərhələdən ibarətdir: seçki öncəsi vəziyyət, seçkinin elan edilməsindən sonra namizədlərin rəsmən qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciətlərin edilməsi, təşviqat kampaniyasının aparılması və seçki günündə vətəndaşların səsvermədə iştirakı, seçkinin başa çatması: "Partiyamızın rayon və şəhər təşkilatları seçkiyə tam hazırdır. Yeni Azərbaycan Partiyasının namizədi partiyanın iyunun 7-də keçirilən qurultayında müəyyən edilib, İlham Əliyevin namizədliyi rəsmən irəli sürülüb. Mərkəzi Seçki Komissiyası seçkini elan etdikdən sonra buna müvafiq olaraq seçki prosedurunun növbəti mərhələsində qarşıda duran vəzifələri həyata keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB