Ölkə başçısı İsveçrə Konfederasiyasının prezidentini təbrik edib

Ölkə başçısı İsveçrə Konfederasiyasının prezidentini təbrik edib

Ölkə başçısı İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə məktubda deyilir:

Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf etməkdədir. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə