"Demokratiyanın mövcudluğu hakimiyyətin formasından asılı deyil". SİA-nın xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ikinci günündə "Seçki (referendum) prossesində aşkarlıq institutları və KİV-lərin rolu" mövzusunda məruzəsi zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bu il Azərbaycan çox ciddi hadisələrlə yadda qalacaq: "Builki preizdent seçkilərində Azərbaycan xalqı layiq gördüyü şəxsi ölkənin başçısı seçəcək. 1991-ci ilin Azərbaycan Konstitusiya Aktını qəbul etdikdən sonra ölkədə prezident seçkilərinin keçirilməsinə başlanılıb. Amma buna baxmayaraq, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda Konstitusiya quruculuğuna rəvac verilib və beləliklə, 1995-ci ildə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul olunub. Burada parlament, prezident seçkilərinin keçirilməsi və digər lazımi strukturlar barədə məlumat və prinsiplər, əsas istiqamətlər mövcuddur. Seçki demokratik cəmiyyətdə hakimiyyətin formalaşması prossesini təmin edir. Seçicinin iradəsi, mövqeyi, səs və səsin hakimiyyət mandatı bu və ya digər institutlara verilir."
Əli Həsənov qeyd edib ki, şəffaf və ədalətli seçkilər hər bir ölkədə demokratik cəmiyyətin formalaşması prosesini təşkil edir: "Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Seçicinin ifadə etdiyi mövqe, onun iradəsinin nəticəsi olaraq verdiyi səs sonda hakimiyyəti formalaşdırır və dövləti idarə etmək üçün ona mandat verir. Bu, xalqın iradəsinin həyata keçirilməsi, reallaşması deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB