Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov əvvəlcə tədbir iştirakçılarına fondun yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib: "Gənclər Fondu artıq 580 gündür ki, fəaliyyət göstərir. Fondda 831 qeydiyyat aparılıb, 871 müraciət qəbul olunub".
Daha sonra Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında və keyfiyyətində əhəmiyyətli dərəcədə irəliləyişlərin baş verdiyini xatırladan Aparat rəhbəri qeyd edib ki, ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bir sözlə, Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, Gənclər Fondu yarandığı ilk gündən fəaliyyətində düzgün istiqamət seçib. Nazir jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin formalaşmasında onların üzərinə düşən məsuliyyətdən danışıb.
Mərasimin sonunda isə Gənclər Fondu tərəfindən media qurumları mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB