İlham Əliyev Putinə başsağlığı verib

İlham Əliyev Putinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə