Davudoğlu Bakıya gəlir

Bu gün Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Əhməd Davutoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə