Fazil Mustafadan radikal müxalifətə DÜŞÜNDÜRÜCÜ SUAL

Nə üçün 25-30 yaşında partiyada yetişən başqa bir gəncə güzəştə getmədiyiniz halda, Rüstəm İbrahimbəyova güzəştə getdiniz?
Fazil Mustafadan radikal müxalifətə DÜŞÜNDÜRÜCÜ SUAL

"Bu il keçiriləcək prezident seçkiləri öncəsində ənənəvi müxalifət yerini tamamilə yeni bir müxalifət anlayışına tərk etdi və onlar faktiki olaraq öz mübarizələrini müəyyən dərəcədə dayandırdılar". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa "Milli Şura"nın üzvlərinin xarici ölkələrə səfər etmələrinə dair məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ənənəvi müxalifət bu addımı ilə özlərinin liderlik iddiasından əl çəkib: "Gələcəkdə radikal müxalifət hər hansı bir şəkildə yeni qüvvələrə güzəştə getməyə məcbur olacaq. Yəni bu fakt hər dəfə onlar üçün problemə çevriləcək. Sual oluna bilər ki, nə üçün 25-30 yaşında partiyada yetişən başqa bir gəncə güzəştə getmədiyiniz halda, Rüstəm İbrahimbəyova güzəştə getdiniz? Bu artıq onlar üçün həmişə böyük problemlər yaradacaq. Ona görə də "Milli Şura"nın hər hansı bir gücə çevrilmək imkanları inandırıcı görünmür. "Milli Şura"nın xaricdən hər hansı bir dəstək tapması çətin məsələdir. Çünki Azərbaycan qərb ölkələri üçün ən əlverişli partnyordur. Azərbaycan Avropanın təhlükəsizlik məsələlərində birgə koalisiyada iştirak edir və enerji resurslarının birgə paylaşımında da heç bir tərəddüdsüz beynəlxalq layihələri ardıcıl həyata keçirir. Ona görə də bu kimi məsələlərdə hansısa dəyişiklik gözləmək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə