İlin sonuna kimi “Dövlət Qulluğu Məcəlləsi”nin son variantı hazırlanacaq

İlin sonuna kimi “Dövlət Qulluğu Məcəlləsi”nin son variantı hazırlanacaq

"Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) tərəfindən "Dövlət Qulluğu Məcəlləsi"nin layihəsi hazırlanaraq həm dövlət orqanlarına, həm də vətəndaş cəmiyyətinin fikir və təkliflərini almaq üçün onlara təqdim olunub". SİA-nın xəbərinə görə, bunu DQMK sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, məcəllənin layihəsi komissiyanın rəsmi internet saytı vasitəsilə ictimai müzakirəyə çıxarılıb: "Daxil olan bütün mütərəqqi təklif və rəylər nəzərə alındıqdan sonra məcəlləyə bir daha ictimai baxış keçiriləcək. Dövlət qulluğu sahəsinə aid 20-dən çox qanun, 60-dan çox normativ hüquqi aktlar var. Bunların hər birini yerlərdə tətbiq etmək müəyyən çətinliklər yaradır. Ona görə də Dövlət Qulluğu Məcəlləsinin yaradılmasında məqsəd dövlət qulluğu sahəsinə dair bütün qanunların və normativ hüquqların vahid sistemdə birləşməsidir. Dövlət Qulluğu Məcəlləsinin hazırlanması 2 dövlət proqramında nəzərdə tutulub. Bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi "Dövlət Qulluğu Məcəlləsi"nin son variantı hazırlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə