Azərbaycan prezidenti İlham Əliyev iyulun 4-də ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
R. Uikerin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB