ABŞ-da Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində qazanılan nailiyyətlərdən danışılıb
ABŞ-da səfərdə olan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında təşkilatın baş katibinin hüquqi işlər üzrə müavini xanım Patrisiya O`Brayn ilə görüşüb.
Azərbaycan ilə BMT arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini vurğulayan nazir, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan və qazanılan nailiyyətlərdən danışıb, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, hakim və hakimliyə namizədlərin nüfuzlu beynəlxalq hakim və ekspertlərin iştirakı ilə ölkəmizdə və xaricdə tədrisi, yeni məhkəmələrin yaradılması, müasir məhkəmə binalarının inşası və bu sahədə qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işləri qeyd edib, habelə korrupsiyaya qarşı aparılan qəti mübarizədən, o cümlədən Azərbaycanın yeni brendi – "ASAN" xidmətin fəaliyyətindən danışıb.
BMT-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan xanım O`Brayn ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını təqdir edib, qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyib. Baş katibinin müavini Azərbaycanda məhkəmə sisteminin, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında əhəmiyyətini vurğulayıb, ölkəmizin bir sıra sahələrdə müsbət təcrübəsinə böyük maraq göstərib.
Tədbirdə qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə edilib, maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB