Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" layihəsi çərçivəsində media təmsilçiləri ilə növbəti görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Dağlıq Qarabağ (DQ) münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanata toxunulub.
Politoloqun sözlərinə görə, həmin bəyanatın rus mətbuatında gedən versiyası orijinal hissədən tamamilə fərqlənir: "Hər kəs də bilir ki, DQ ilə bağlı Azərbaycanın öz konsepsiyası vardır. DQ münaqişəsinin öz həlli yolu var. Bu yolun açarı isə münaqişənin həllinə nail olmaqdır. Rəsmi Bakı hər dəfə sülh müqaviləsinin imzalanmasına tərəfdar olub. Amma işğalçı ölkə bununla razı olmayaraq çərçivə sazişinin imzalanmasını istəyir. Bəs, gəlin görək bu çərçivə sazişi nəyi özündə ehtiva edir? Əlbəttə ki, bu sazişlə DQ Helsinki yekun aktı ilə güc tətbiq etməməyə hesablanıb və s. Artıq zaman Ermənistanın əleyhinə işləyir. İşğalçı ölkə DQ məsələsində mövqeyini dəyişməlidir. Bu gün erməni mətbatında müharibə sədaları ilə yanaşı "erməni dövləti mövcud təhlükə altındadır" tezisi də var. Bir sözlə, Ermənistan dövlətinin taleyi şübhə altındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB