"Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatında Azərbaycanın haqlı mövqeyi əks olunub. Qəbul olunan bəyanat olduqca əhatəli və hərtərəflidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirilən mətbuat konfransında səsləndirib.
E.Abdullayevin sözlərinə görə, Azərbaycan münaqişənin ədalətli həllinin vacibliyini dəfələrlə vurğulayıb: "Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi seçilir."Həmsədr ölkələrin prezidentlərinin bəyanatında da qeyd olunur ki, hərbi gücdən istifadə yolverilməzdir. Hərbi güc tətbiq olunsa, regionda qarşıdurma yarana bilər. Bunun üçün Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalı və Ermənistan silahlı birləşmələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistan gücdən istifadə etməmək prinsipini pozub. Nəticə etibarilə bu gün Azərbaycan torpaqları işğal altındadır. Əgər gələcəkdə hər iki ölkə sülh şəraitində yaşamaq istəyirsə, Ermənistan öz işğalçılıq siyasətinə son qoymalıdır".
E.Abdullayev vurğulayıb ki, bu gün Ermənistanın yürütdüyü siyasət regionda təhlükəsizliyi təhdid altında saxlayır: "Azərbaycan tərəfi dəfələrlə münaqişənin yenilənmiş Madrid prinsipləri və yol xəritəsi əsasında həllini tələb edib. Bu məqamlar danışıqla zamanı müzakirə olunub.Təəsüf ki, Ermənistan Azərbyacanın və həmsədr ölkələrin təkliflərini rədd edir. Ermənistan tərəfinin uzun müddət ərzində həmsədrlərin təklif etdiyi yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi də bunun bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB