YAP Nizami rayon təşkilatının 10 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib

YAP Nizami rayon təşkilatının 10 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının 10 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib.

SİA-nın məlumatına görə, iyun ayının 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə "İnkişafın başlanğıc nöqtəsi: Qurtuluş məfkurəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı" adlı tədbir keçirib.

Tədbirdə YAP Nizami rayon təşkilatının 10 mininci üzvü, karate üzrə Avrasiya kubokunun, 3 qat dünya kubokunun sahibi, 3 qat dünya və 3 qat Avropa çempionu Bağırov Taleh Əkbər oğluna partiya vəsiqəsi təqdim edilib və Azərbaycan Respublikasını dünyada layiqincə təmsil etdiyinə görə, rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə