Nazir Meksika Senatının nümayəndə heyətini qəbul edib

Nazir Meksika Senatının nümayəndə heyətini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının enerji məsələləri üzrə nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Meksika Senatının enerji məsələləri üzrə nümayəndə heyətinin rəhbəri, Meksika parlamentinin Təbii ehtiyatlar, enerji və ekologiya komitəsinin sədri senator David Pençina Qrub bildirib ki, səfərin məqsədi Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə