Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayına yekun vurulub. SİA-nın məlumatına görə, Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb və qurultayın qətnaməsi qəbul olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən qurultay "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.
Qeyd edək ki, Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarət idi. Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Qurultayda işçi orqanlarının tərkibinə, Katiblik komissiyasına, Mandat komissiyasına və Redaksiya komissiyasına üzvlər seçilib.
Mərasim bədii hissə ilə son çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB