B.Muradova: ““Reproduktiv sağlamlıq haqqında” qanun tezliklə qəbul olunmalıdır”
"Azərbaycanda qadınlarının başlıca problemlərindən biri erkən nikahdır. Buna cəmiyyətin özü sayıq olmalıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova Azərbaycan qadınlarının IV qurultayındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün qadınlar birlikdə bu problemin üstünə getməlidir: "Bu məsələ ona görə vacibdir ki, gənc qızlarımız erkən yaşlarından özlərindən başqa kimlərinsə arzularının asılılığına çevrilməsinlər. Xüsusilə qadınlara qarşı zorakılıq hallarında, gənc qızların ailələrdə təzyiqə məruz qalması məsələsində ayıq-sayıq olmalıyıq. Azərbaycan qadını özündə güc tapmalıdır. Elə kişilərimizlə birgə bu problemlərin üstünə gedib bunu həll etməliyik. Çünki kişilərimiz tam olaraq bilməlidirlər ki, qıza, qadına əl qaldırılmaz. Bu gün qadınlar bütün sahələrdə olduğu kimi, Azərbaycan qanunvericiliyinin yaradılmasında və onun təkmilləşdirilməsinə öz töhfəsini verir. Parlamentdə qadınlarla bağlı sosial problemlər daim gündəmdədir. Məişət zorakılığı, erkən nikah kimi problemlərlə mübarizə bizim aktual məsələlərdəndir. Biz bütün bunlarla bağlı mütəmadi olaraq qanunlara yeniliklər edir, yeni qanunlar qəbul edirik. "Reproduktiv sağlamlıq haqqında" qanunun tezliklə qəbul olunmalıdır".
Vitse-spiker çıxışında vurğulayıb ki, güclü dövlət qurulmasında qadınların misilsiz rolu var: "Ölkənin birinci xanımı Mehriban Əliyevanın əldə etdiyi uğurlar Azərbaycan qadınının uğurudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB