Mübariz Əhmədoğlu: “Həmin dövlətlər reallığın dərk olunma mərhələsindədir ” İZAH

Mübariz Əhmədoğlu: “Həmin dövlətlər reallığın dərk olunma mərhələsindədir ” İZAH

"Ümumiyyətlə, Avropa dövlətlərində demokratiya, ümumbəşəri dəyərlərlə bağlı ikili standartlar mövcuddur". Bunu SİA-ya açıqlamasında Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu demokratiyadan dəm vuran Almaniyada polisin insanlara qarşı kobud rəftarına münasibət bildirərkən deyib.

M.Əhmədoğlunun sözlərinə görə, burada söhbət tək Almaniyadan getmir: "Standartlar arasında çat hədsiz böyükdür. Vaxtikən Almaniya, ABŞ kifayət qədər firavan dövlətlər idi. Burada sosial-iqtisadi vəziyyət müsbət idi. Bir sözlə, hər iki ölkə bu cür problemlərlə qarşı-qarşıya deyildi. Amma indi real təhlükə yaranıb. Artıq onlar bilmirlər ki, özlərini necə aparsınlar. Həmin dövlətlər zamanında bizə lağ edirdilər. Çünki, biz real sabitliyin pozulmasının qarşısında idik. Artıq Azərbaycan SSRİ-nin tərkibindən çıxıb müstəqillik əldə etdikdən sonra ölkəmizdə üç proses reallaşdı. Birincisi, müstəqilliyimizi əldə etdik. İkincisi, biz sosializmdən bazar iqtisadiyyatına keçdik. Üçüncüsü isə ərazimizin 20 faizinin hələ də Ermənistan Silahlı qüvvələri tərəfindən işğal altında olması idi. Bu üç problemlə mübarizə aparanda biz müəyyən addımlar atmalı idik. Bu məsələlər indi də qalıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu baxımdan düşünürəm ki, hazırda həmin dövlətlər reallığın dərk olunma mərhələsindədir ".

Bütün xəbərlər Facebook səhifəmizdə