Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB