Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 7-dək Parisə səfər edəcək. SİA-nın məlumatına görə, komitədə Qırğız respublikasının AŞPA-ya demokratiya üzrə tərəfdaş kimi qəbul olunması üçün müraciəti, Yaxın Şərqdə və Belarusda vəziyyət, Tunisdə keçid dövrünün yaratdığı problemlər, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının son illərdəki fəaliyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB