II-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yekun vurulub

II-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yekun vurulub

Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yekun vurulub. SİA-nın məlumatına görə, bağlanış mərsimində çıxış edən Əbülfəs Qarayev qonaqlara öz təşəkkürünü bildirib: "Burada 19 müvafiq sessiya keçirilib və bu sessiyalarda 90-a yaxın ölkənin nümayəndələri təmsil olunub".

Nazir tədbirin təşkilində göstərdikləri təşkilatçılığa görə, BMT-nin Sivilizasiyalar Alyansına, YUNESKO-ya, İSESKO-ya və digər təşkilatlara minnətdarlığını bildirib: "Bu forum həm də bir komanda kimi xarakterizə edilməlidir".

Bağlanış mərasiminin moderatoru, YUNESKO-nun nümayəndəsi bildirib ki, bu forumlar hər iki ildən bir keçirilir: "Biz mədəni müxtəlifliyin simasını genişləndirməliyik. Bu forumdan qazandığımız təcrübələr çox önəmlidir. Növbəti illərdə qloballaşma, hibritləşmə mövzusunda da fikir mübadiləsi aparmağı planlaşdırırıq. Qərara gəldik ki, müxtəliflik çox qəribə məsələdir. Bizim gələcəyə baxışımız o idi ki, yeni bir anlaşma formalaşdıraq və burada yeni fikirlər ortaya qoyaq".

Daha sonra söz forumun işçi qrupunun üzvlərinə verilib. Onlar forum haqqında dəyərli fikirlərini söyləyiblər.

Xatırladaq ki, mətbuat konfransı bağlanış mərasimi ilə birgə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə