Ali Məhkəmə "Azadlıq" radiosu əməkdaşının iddialarını rədd etdi. Bu gün Ali Məhkəmədə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiasına baxılıb.
Ali Məhkəmə çıxardığı son qəraı ilə bir daha sübut etdi ki, "Azadlıq" radiosunun əməkdaşı mətbu orqana qarşı qərəzli münasibət göstərib, heç bir əsası olmadan guya "şərəf və ləyaqətinin tapdanması" iddiası ilə çıxış edib.
Xatırladaq ki, X.İsmayılova bundan öncə də "Səs" qəzetini bir neçə dəfə məhkəməyə instansiyalarına vermiş, lakin dəlil və sübutlar olmadığından, onun iddiaları təmin olunmamışdı.
Bütün bunlar bir daha sübut edir ki, müəyyən sifarişlər və təlimatlar əsasında qaranlıq dairələrə xidmət göstərən X.İsmayılovanın növbəti şantajları da öncəkiləri kimi puç olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB