Millət vəkili: “Azərbaycan beynəlxalq qurumlarla münasibətlərinə bir daha baxacaq” MÜNASİBƏT
"ATƏT-in Minsk qrupunun hazırki dönəmdə əsas missiyası seçkilərin keçirilməsi və ondan sonrakı dövrdə aparılacaq müzakirələrin detallarını müəyyənləşdirməkdir". Bunu SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə və onların keçirdikləri görüşə münasibət bildirərkən deyib.
Z.Orucun sözlərinə görə, onlar daha çox indiki şəraiti qoruyub saxlamağa çalışırlar: "Burada hər hansı yeni sənədlərin müzakirəsi gözlənilmir. Sadəcə olaraq hər iki (Azərbaycan və Ermənistan) tərəfi müharibə etməmək üçün müxtəlif üsullarla çəkindirməyə cəhdlər göstərilir. Ən əsası isə danışıqlar bütövlükdə dayanıb. Hətta Kazan görüşündən sonra bu, iflasa uğrayıb. Bundan sonra isə az qala yeni sətirlə yeni səhifələr açıqlacaq ki, bu da çox böyük qüsurdur. Bu, bir növ ATƏT-in mandatına da zərbədir və onlara etibarı tamamilə sarsıdır. Əlbəttə, seçkilər keçiriləndən sonra Azərbaycan bu beynəlxalq qurumlarla münasibətlərinə bir daha baxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB