Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşovun sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Mehmet Sağlam, "Azərbaycan Bayrağı" ordenli, kəşfiyyatçı İbad Hüseynovla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə qəzetin baş redaktorları, media nümayəndələri iştirak edib.
MŞ sədri Əflatun Amaşov türkiyəli deputatı salamlayaraq, onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Türkiyə arasındakı münasibətlərə toxunan Ə.Amaşov iki ölkə arasındakı əlaqələrin bundan sonra da sürətlə inkişaf etdiriləcəyini dilə gətirib. Qeyd olunub ki, türkçülüyün əsas mərkəzi hər zaman İstanbul şəhəri olub. İstanbuldan sonra isə bu mərkəz Bakıya məxsusdur: "Türkiyə həmişə Azərbaycanın yanında olub və qardaş ölkəyə böyük mənəvi dəstək verib. Amma nə yazıq ki, hələ də Azərbaycanın üzərini qara buludlar örtüb. 20 faiz torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunub, bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb. Bütün bunlara rəğmən qardaş Türkiyə hər zaman Azərbaycana dəstək olub və onun problemlərinə həssaslıqla yanaşıb. İnanırıq ki, kəşfiyyatçı qəhrəman İbad Hüseynovun iştirakı ilə biz Dağlıq Qarabağ torpaqlarını erməni işğalçılarından azad edəcəyik".
Daha sonra MŞ sədri Əflatun Amaşov tərəfindən türkiyəli deputat M.Sağlama simvolik olaraq Azərbaycanın ərazi bütövlüyünü əks etdirən xəritə təqdim olunub.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam isə göstərilən bu diqqət və qayğıya görə, MŞ sədrinə dərin minnətdarlığını bildirib. Türkiyənin daim Azərbaycanın yanında olduğunu və olacağını deyən Mehmet Sağlam ölkələrimizin bir-birinə dəstəyinin bundan sonra da davam edəcəyini xüsusi vurğulayıb. Azərbaycanın bütün istiqamətlərdə getdikcə inkişaf etməsindən sevindiklərini deyən Mehmet Sağlam həmçinin, Türkiyənin daim Azərbaycanın yanında olacağını deyib.
M.Sağlam Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini vurğulayıb.
Daha sonra "Azərbaycan Bayrağı" ordenli, kəşfiyyatçı İbad Hüseynov və digər qonaqlar çıxış edərək dəyərli fikirlər səsləndiriblər.
Qeyd edək ki, tədbirdə həmçinin Türkiyədə nəşr olunan "Atilla" jurnalının millet kahramanları ile ayakta durur nəşri də nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB