Parlamentin sonuncu iclasının vaxtı açıqlandı

Parlamentin sonuncu iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının tarixi məlum olub. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasının sonunda çıxış edən spiker Oqtay Əsədov deyib. Onun sözlərinə görə, mayın 31-də parlamentin yaz sessiyasının sonuncu iclası keçiriləcək.

O, həmçinin növbədənkənar sessiyanın tarixini də açıqlayıb. Onun sözlərinə görə, 90 millət vəkili məsələ ilə bağlı parlametə müraciət edib: "Buna görə də iyun ayında da növbədənkənar sessiya olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə