Deputat: “Jurnalistlər qanunun yol vermədiyi hərəkətlə məşğul olmamalıdır” MÜNASİBƏT

Deputat: “Jurnalistlər qanunun yol vermədiyi hərəkətlə məşğul olmamalıdır” MÜNASİBƏT

"Bir çox hallarda Azərbaycan mediasında da sərhəd tanımadan təhqirə, yalana yol verilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov ötən gün "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda təşkil olunan tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın əks fikirlərinə münasibət bildirərkən deyib.

R.Musabəyovun sözlərinə görə, bu, ikitərəfli proses olmalıdır: "İlk növbədə, media özünü nizamlamalıdır. Belə ki, onlar qanunun yol vermədiyi hərəkətlə məşğul olmasınlar. Hətta hər kəsə də məlumdur ki, bir çox jurnalistlər reket fəaliyyəti ilə məşğuldurlar. Bütün bunların hər biri qaydaya salınmalıdır. Amma mən tamamilə razıyam ki, sözə görə insan həbs olunmamalıdır. Məhz buna görə də elə bir mexanizm tətbiq olunmalıdır ki, həmin yaramaz insanları öz peşələrindən uzaqlaşdırmaq mümkün olsun. Hərhalda "Diffamasiya haqqında" qanun gündəlikdədir və müzakirə olunur. Düşünürəm ki, bu layihə qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə