QHT-lərə Dövlət Dəstəyi Şurası ADR-in 95 illiyini qeyd edib

QHT-lərə Dövlət Dəstəyi Şurası ADR-in 95 illiyini qeyd edib

"1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti yaranan zaman şərqdə ilk dəfə dövlətçilik ənənəsinin əsası qoyulub. Demokratik Cumhuriyyət müasir Azərbaycan Respubliksanın əsasını təşkil edib". Bu sözləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Azay Quliyev Azərbaycan Cumhuriyyətinin 95 illiyinə həsr olunmuş elmi-praktiki konfransda deyib.

Şura sədri həmçinin qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin çox böyük mərhələsidir: "İndiki müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu günün təntənəli şəkildə qeyd edilməsini planlaşdırıb. 1918-ci il mayın 28-də elan olunan dövlət qısa müddət ərzində böyük uğurlara imza atıb. İlk dəfə Azərbaycan müsəlman və şərq dövlətləri arasında parlamentli respublika oldu. Bununla yanaşı, qadınlara seçib-seçilmək hüququ verən, parlamentdə müxtəlif franksiyaları özündə birləşdirən demokratik parlament yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər indiki dövr üçün çox əhəmiyyətlidir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, ordu quruculuğunun yeni bir mərhələyə qədəm qoymasında və ölkənin milli maraqlarının təmin olunmasında gərgin işlər aparılır".

Azay Quliyevin sözlərinə görə, bu gün müstəqil Azərbaycan respublikasının mükkəməl ordusu və daim inkişafda olan iqtisadi gücü mövcuddur: "Müasirləşən və inkişafda olan dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyev və davamçısı prezident İlham Əliyevdir. Daha sonra tarixçi alim Nəsiman Yaqublu tədbir iştirakçılarına Azərbaycanın dövlətçilik tarixi haqqında geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə