Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qəti əminlik ifadə olunub ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB