Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk olaraq konfransa sədr və katib seçilərək iclasın gündəliyi elan olunub.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov ötən müddət ərzində rayon təşkilatının gördüyü işlərlə bağlı məlumat verərək bildirib ki, konfransın gündəliyində duran əsas məsələ Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələrin seçilməsidir: "Səbail rayonunda yaşayan əhalinin ümumi sayı 95142 nəfərdirki onların 15339 nəfərini gənclər təşkil edir. Rayonumuzda 36466 nəfər səsvermə hüququna malikdir. Onlardan 23274 nəfər YAP-ın üzvüdür. YAP Səbail rayon təşkilatının X konfransında iştirak etmək üçün 140 nəfər dəvət olunub. Onlardan 5 nəfər üzürlü səbəblərdən iştirak edə bilmir".
Z.Qaralov vurğulayıb ki, YAP təşkilatı qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşır: "Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq, bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. YAP-ın bütün strukturları, partiya fəalları, rayon təşkilatının nümayəndələri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün səfərbər ediliblər. YAP-nın seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyamızın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Bütün proseslərin təhlili göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Hər seçkidə olduğu kimi YAP Səbail rayon təşkilatı növbəti kampaniyaya da ciddi şəkildə hazırlaşır. Artıq seçki siyahıları dəqiqləşdirilib".
Konfransda həmçinin prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər müzakirə olunub. Zahid Qaralov seçkiyə hazırlıqla bağlı rayon ictimaiyyətinə tapşırıq və tövsiyyələrini verib.
Daha sonra YAP-ın V Qurultayına 43 nəfər nümayəndə seçilib.
YAP Səbail rayon təşkilatından partiyanın V Qurultayına seçilən nümayəndələrin siyahısı:
1. Əliyev İlham Heydər oğlu
2. Əliyeva Mehriban Arif qızı
3. Əliyev Cəlal Əlirza oğlu
4. Mehdiyev Ramiz Ənvər oğlu
5. Eyyubov Yaqub Abdulla oğlu
6. Qaralov Zahid İbrahim oğlu
7. Abutalıbov Hacıbala İbrahim oğlu
8. Məmmədov Novruz İsmayıl oğlu
9. Abdullazadə Fatma Hüseyn qızı
10. Ələsgərov Fuad Murtuz oğlu
11. Əsədov Əli Hidayət oğlu
12. Həsənov Əli Məhəmmədəli oğlu
13. İsmayılov Süleyman Abbas oğlu
14. Nağdəliyev Zeynal Səfər oğlu
15. Seyidzadə Dilarə Bağır qızı
16. Mustafayev Şahin Abdulla oğlu
17. Abbasov Əli Məmməd oğlu
18.Əliyev Natiq Ağaəmi oğlu
19. Hüseynova Hicran Kamran qızı
20. Aslanov Elnur Kazım oğlu
21. Orucov Seymur Vaqif oğlu
22. Xanbabayeva Afət Əjdər qızı
23. Abasova Adilə Ziyat qızı
24. Bayramov Zəfər Rafiq oğlu
25. Əliyev Vilayət Hüseyn oğlu
26. Əsgərov Asif Yunis oğlu
27. Fərəcov Rəşad Dövlət oğlu
28. Məmmədov Yusif Əbülfət oğlu
29. Qaralova Gülnarə Zahid qız
30. İsmayılov Mehman Heydər oğlu
31. Qarayev Əhliman Paşa oğlu
32. Nağıyev Muxtar Teymur oğlu
33. Vahabov Rizvan Əkbər oğlu
34. Pənahova Amaliya Əliş qızı
35. Muradlı Arzuman Ağamməd oğlu
36. Novruzov Siyavuş Dünyamalı oğlu
37. Əliyeva Aytac Pərviz qızı
38. Əliyev Emin Təvəkkül oğlu
39. Bayramova Xalidə Nuri qızı
40. Yaqubəliyeva Xanım Məqsəd qızı
41.Vəliyeva Aysel Fuad qızı
42. Abdullayeva Aysel Niyaz qızı
43. Mahmudlu Nihad Yaşar qızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB