“Eldar Namazovun və Rüstəm İbrahimbəyovun kimə xidmət etdiyi hamıya məlumdur” AÇIQLAMA
"Azərbaycanda hakimiyyət xalqa məxsusdur. Buna görə də hakimiyyətin və bütün siyasi proseslərin nəticəsini məhz xalqın iradəsi ortaya qoyur". SİA-nın məlumatına görə, bunu SƏS TV-yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov müxalifət tərəfindən hələ də Milli Şura adlı qurumun yaradılmaması məsələsinə aydınlıq gətirərkən deyib.
YAP Siyasi şurası üzvünün sözlərinə görə, Azərbaycan xalqı hələ 1993-cü ildə öz iradəsini ortaya qoyub və inkişaf yolunu müəyyənləşdirib: "Xalqımız 20 ildir ki, öz inkişaf yolunu düzgün şəkildə müəyyənləşdirdiyini sübut edib. Bütün bunların hamısı prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını müdafiə edərək və onlardan etimad alıb həyata keçirdiyi işlərin nəticəsidir. Bir sözlə, Azərbaycanda baş verən və baş verə biləcək bütün prosesləri birmənalı olaraq xalq həll edir. Azərbaycan xalqı dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir və prezidentlə xalq arasında çox səmimi münasibət var. Bu gün Azərbaycan xalqını düşündürən məsələ odur ki, dövlətimiz daha da inkişaf etsin. Azərbaycan xalqının 20 il bundan geriyə qayıtmaq fikri yoxdur. İndi Rüstəm İbrahimbəyov, Eldar Namazov kimiləri ölkəmizin inkişafını istəməyən mərkəzlərin əllərində alətə çevrilib".
A.Hüseynov deyir ki, Azərbaycanın nüfuzu, siyasi çəkisi nə qədər artırsa, bizə qarşı olan qüvvələr də özlərinin cılızlığını, ölkəmizi bu yoldan döndərə bilməyəcəklərini anlayaraq, bunun üçün milli satqınlardan istfadə edirlər: "Ancaq bunların heç biri nəticə verməyəcək, çünki nə R. İbrahimbəyovun, nə də E. Namazovun Azərbaycan xalqı arasında nüfuzu yoxdur. Neçə illərdir ki, E.Namazov siyasətdədir. Bu insan siyasətdə olduğu dövrdə hansı nəticə ortaya qoya bilib və nə əldə edib? Onun arxasınca gedənlər kimlərdir? Bu gün onun dedikləri konkret olaraq Azərbaycan dövlətinin, millətinin hansı tərzdə maraqlarına uyğundur? Bu gün insanların gözü açıqdır və onların informasiya almaq imkanları daha genişdir. E. Namazovun və R. İbrahimbəyovun hansı mərkəzlərə xidmət etdiyini hamı görür. Yəni, bunların qarşıya qoyduqları məqsəd öz şəxsi mənafelərini təmin etməkdən ötrüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB