Prezidentin qardaşı prezidentliyə namizəd oldu

Prezidentin qardaşı prezidentliyə namizəd oldu

İran prezidenti Mahmud Əhmədinejadın böyük qardaşının iyun ayında keçiriləcək prezident seçkilərində namizəd olacağı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Davud Əhmədinejadın prezident seçkilərində namizədliyi 686 müraciətlə qəbul olunub. Hazırki prezident M. Əhmədinejadın qardaşı Davud Əhmədinejadın seçkilərdə müstəqil namizəd olaraq yarışacağı ifadə edilib.

Qeyd edək ki, İran Mülki Müdafiə Təşkilatının keçmiş rəhbəri olan Davud Əhmədinejadın qardaşından fərqli siyasi baxışa malik olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə