Milli Məclisin bugünkü plenar iclasında Miqrasiya Məcəlləsi layihəsi birinci oxunuşda müzakirə olunub. SİA-nın xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qedy edib ki, sənəd layihəsi ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Layihə 15 fəsil və 82 maddədən ibarətdir.
Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə 4 qanun, o cümlədən "İmmiqrasiya haqqında" və "Əmək miqrasiyası" haqqında Azərbaycan Respublikasının qanunları qüvvədən düşəcək.
Layihəyə görə, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmışAzərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçiriləcək. Məcəllənin 11.2 maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm vətəhsil üçün alınan vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə